Almaniyanın “Borussiya Dortmund" klubu oyunçusu Ceydon Sanço ilə yeni müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, klub 18 yaşlı futbolçu ilə razılaşmasını 2022-ci ilə qədər uzadıb.

Qeyd edək ki, ötən il “Mançester Siti”dən transfer olunan ingilis yarımmüdafiəçi cari mövsüm Bundesliqada meydana çıxdığı 6 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bakıda avtomobil körpüdən tunelə aşıb - Oxumaq üçün tıkla