İdman
Nazarov oynamadı, komandası uduzdu
Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erzgebirge" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Aue təmsilçisi 8-ci turda səfərdə "Paderborn"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Paderborn" - "Erzgebirge" - 1:0
Qol: Tekbetey, 34
D.Nazarov bu matçda iştirak etməyib. O, görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Erzgebirge" hazırda 7 xall 14-cü pillədə qərarlaşıb.
Milli.Az