İdman

“Bavariya” "avariya"ya düşdü

Metbuat.az

Almaniya Bundesliqasında 6-cı tura start verilib.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Bavariya” “Herta” səfərinə yollanıb. Ötən tur ilk xal itkisi ilə üzləşən Münhen klubu bu dəfə daha ağır zərbə alıb. Belə ki, "Herta" iddialı rəqibi üzərində inamlı qələbə qazanıb.

Dortmund “Borussiya”sı isə “Bayer”lə qarşılaşacaq. Cari çempionatda sonuncu pillədə yer alan “Şalke” “Maynts”la oyunda 3 xal qazanmağa çalışacaq.

Almaniya Bundesliqası, 6-cı tur

28 sentyabr

Herta - Bavariya 2:0

Qol: İbişeviç, 23-pen. Duda, 44.

29 sentyabr

17:30 Hoffenhaym - Leyptsiq
17:30 Nürnberq - Fortuna D
17:30 Ştutqart - Verder
17:30 Şalke - Maynts
17:30 Volfsburq - Borussiya M
20:30 Bayer - Borussiya D

30 sentyabr

17:30 Ayntraxt F - Hannover
20:30 Auqsburq - Frayburq