İdman

"Rostov"dan darmadağın - Ayaz Quliyevdən 1 qol, 1 asist - VİDEO

Metbuat.az

Rusiya Premyer Liqasında 4-cü turun görüşləri keçirilir.

Milli.Az xəbər verir ki, Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin oynadığı "Rostov" "Yenisey"i qəbul edib və 4:0 hesablı qələbə qazanıb.

90 dəqiqə meydanda olan Ayaz qarşılaşmada 1 qol vurub və 1 assist edib. Quliyev 35-ci dəqiqədə Siqurdarsonun vurduğu qolun ötürməsini edib. Ayaz 83-cü dəqiqədə oyunda son nöqtəni qoyub.

"Rostov" Premyer Liqanın turnir cədvəlində 9 xalla 3-cü yerdə qərarlaşıb.

"Rostrov" - "Yenisey" 4:0
Qol:
Byoern Siqurdarson, 35, Maiey Vilusz, Aleksey İonov, 58, Ayaz Quliyev, 83

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az