İdman

"Keşlə"dən ayrılan futbolçu rəsmən Rumıniya klubunda

Metbuat.az

"Keşlə"dən ayrılan Sezar Meza Kolli karyerasını Rumıniyada davam etdirəcək.

Milli.Az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi bu ölkənin "Universitatya" klubuna transfer olub. 27 yaşlı futbolçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Meza Kolli ölkəmizdə "Zirə" və "Keşlə"də çıxış edib. O, ötən mövsüm "Keşlə" ilə Azərbaycan Kubokunun qalibi olub.

Milli.Az