ÇL-də pley-offun ilk oyunlarına yekun vuruldu
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə olduğu kimi bu gün də 3 qarşılaşma keçirilib.
"Ayaks" öz meydanında Kiyev "Dinamo"su ilə qarşılaşıb. Görüş Hollandiya klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Çoxlarının gözləmədiyi halda, pley-offa qədər irəliləyən "Videoton" "Seltik"i mübarizədən kənarlaşdıran AEK-i qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
"Yanq Boyz" isə ev oyununda Zaqreb "Dinamo"su ilə bərabərə qalıb - 1:1.
22 avqust
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. "Ayaks" (Hollandiya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:1
Qollar: Donni van de Beek, 2, Hakim Ziyeş, 35,Duşan Tadiç, 43 - Tomaş Kendzyora, 16
23:00. "Videoton" (Macarıstan) - AEK (Yunanıstan) 0:2
Qollar: Viktor Klonaridis, 34, Tasos Bakasetas, 49
23:00. "Yanq Boyz" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:1
Qollar: Kevin Mbabu, 2 - Mislav Orşiç, 40
21 avqust
BATE (Belarus) - PSV (Hollandiya) 2:3
"Benfika" (Portuqaliya) - PAOK (Yunanıstan) 1:1
"Srvena Zvezda" (Serbiya) - "Zalsburq" (Avstriya) 0:0
Milli.Az