İdman
Azərbaycan milli komandası Avropa Super finalına vəsiqə qazandı
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası 8 komandanın iştirakı ilə keçiriləcək Avropa Super finalına vəsiqə qazanıb.
Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu mərhələnin oyunları sentyabrın 6-dan 9-dək İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində keçiriləcək.
Qrupların tərkibi aşağıdakı kimidr:
A qrupu: İspaniya, Portuqaliya, İsveçrə, Azərbaycan
B qrupu: Rusiya, Belarus, Ukrayna, İtaliya
Milli.Az