İdman

Teymur Rəcəbov Vüqar Həşimovun xatirə superturnirində iştirak etməyəcək

Metbuat.az

Azərbaycanın m

ərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "Shamkir Chess 2015" turnirinin iştirakçılar siyahısında dəyişiklik baş verib. "Report"un məlumatına görə, T

eymur Rəcəbov 

səhhəti ilə əlaqədar 

superturnirə qatıla bilməyəcək. 


Bu səbəbdən, yarışın 10-cu iştirakçısı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.


Qeyd edək ki, Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.