Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq "Shamkir Chess 2015" turnirinin iştirakçılar siyahısında dəyişiklik baş verib. "Report"un məlumatına görə, Teymur Rəcəbov səhhəti ilə əlaqədar superturnirə qatıla bilməyəcək. 
Bu səbəbdən, yarışın 10-cu iştirakçısı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.
Qeyd edək ki, Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.