İdman

"Shamkir Chess 2015"də ikinci gün həyəcanı

Metbuat.az

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2015" turnirində ikinci tura start verilir.

Metbuat.az-ın xəbərinə görə, bu gün ümumilikdə 5 görüş keçiriləcək. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Maqnus Karlsen, Rauf Məmmədov isə Aniş Qiri ilə münasibətlərinə aydınlıq gətirəcək.

İkinci günün proqramına nəzər salaq:

Maykl Adams - Fabiano Karuana

Maqnus Karlsen - Şəhriyar Məmmədyarov

Aniş Qiri - Rauf Məmmədov

Vladimir Kramnik - Uesli So

Maksim Vaşye-Laqrav - Vişvanatan Anand