"Shamkir Chess 2015" beynəlxalq superturnirində IV tur həyəcanı
Bu gün mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində növbəti turun görüşləri keçiriləcək.
Kəpəz TV (Region TV) xəbər verir ki, təmsilçilərimizdən
Şəhriyar Məmmədyarovbu dəfə hollandiyalı
Aniş Giriilə üz-üzə gələcək. Qrossmeysterimiz qələbə qazanacağı halda turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq.
Yarışdakı digər təmsilçimiz
Rauf Məmmədovisə lider
Uesli Soilə qarşılaşacaq. Şahmatçımız rəqibini məğlub edərsə, ilk “üçlüyə” daxil ola bilər.
20 aprel
IV tur
Maykl Adams (İngiltərə, 2746) - Maqnus Karlsen (Norveç, 2863)
Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Fabiano Karuana (İtaliya, 2802)
Aniş Giri (Hollandiya, 2790) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756)
Vladimir Kramnik (Rusiya, 2783) - Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5
Uesli So (ABŞ, 2788)- Rauf Məmmədov (Azərbaycan, 2658)
Turnir cədvəli: So, Karlsen – 2,5 xal; Kramnik – 2; Vaşye-Laqrav, Anand, Məmmədov – 1,5; Qiri, Karuana, Məmmədyarov – 1; Adams - 0,5
Milli.Az