Kəpəz TV (Region TV) xəbər verir ki, təmsilçilərimizdən Şəhriyar Məmmədyarov bu dəfə hollandiyalı Aniş Giri ilə üz-üzə gələcək. Qrossmeysterimiz qələbə qazanacağı halda turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq.
Yarışdakı digər təmsilçimiz Rauf Məmmədov isə lider Uesli So ilə qarşılaşacaq. Şahmatçımız rəqibini məğlub edərsə, ilk “üçlüyə” daxil ola bilər.
20 aprel
IV tur
Maykl Adams (İngiltərə, 2746) - Maqnus Karlsen (Norveç, 2863)
Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Fabiano Karuana (İtaliya, 2802)
Aniş Giri (Hollandiya, 2790) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756)
Vladimir Kramnik (Rusiya, 2783) - Vişvanatan Anand (Hindistan,2791) - 0,5:0,5
Uesli So (ABŞ, 2788)- Rauf Məmmədov (Azərbaycan, 2658)
Turnir cədvəli: So, Karlsen – 2,5 xal; Kramnik – 2; Vaşye-Laqrav, Anand, Məmmədov – 1,5; Qiri, Karuana, Məmmədyarov – 1; Adams - 0,5
Milli.Az