İdman

"Real" "Benfika"nı məhkəməyə verəcək

Metbuat.az

"Real" rəhbərliyi "Benfika"nı məhkəməyə verməyə hazırlaşır.

Metbuat.az "El Confidencial"a istinadən xəbər verir ki, məsələ Esekiel Qarayın "Benfika"dan "Zenit"ə transferi ilə əlaqədardı. Sözügedən keçid rus klubuna 6 milyon avroya başa gəlmişdi. Məbləğin yarısı - 3 milyon avro isə "Real"a çatmışdı.

Ancaq Madrid klubu portuqaliyalıların real transfer dəyərini gizlətdiyini iddia edir. Onların fikrincə, Qaray 15 milyon avro müqabilində "Zenit"ə keçib.

UEFA-nın qaydalarına əsasən, futbolçunun transferi reallaşanda məbləğin yarısı onun yetişdiyi komandaya çatır.