İdman

Qonsalo İquain karyerasını "Arsenal"da davam etdirə bilər

Metbuat.az

"Napoli"nin forvardı Qonsalo İquain "Arsenal"ın maraq dairəsinə düşüb.

Denni Uelbek və Olivye Jirunun performansı Arsen Vengeri qane etmir. Bu səbəbdən də London klubu hücumçu axtarışlarına başlayıb. Metbuat.az-ın xəbərinə görə, "topçular" axtardıqlarını İtaliyada tapıb.

İquain daha yüksək səviyyəli klubda oynamaq istəyir. Bu səbəbdən də onun "Arsenal"a keçmək ehtimalı var.

Argentinalı futbolçunun transferi 40 milyon avro dəyərində qiymətləndirilir.