İdman
"Qarabağ" Bakını tərk etdi
"Qarabağ" bu gün yola düşüb.
Metbuat.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXX turunda "Simurq"un qonağı olacaq komanda Zaqatalaya yollanıb. Aprelin 17-sində baş tutacaq qarşılaşmadan sonra "Qarabağ" yenə də ölkənin şimalında qalacaq. Belə ki, komanda aprelin 21-də bir daha "Simurq"la üz-üzə gəlməli olacaq. Bu dəfə ölkə kubokunun yarım-finalında...
Yarım-final qarşılaşmasından sonra Ağdam təmsilçisinin Bakıya dönəcəyini nəzərə alsaq, komandanın paytaxtı 1 həftəlik tərk etdiyini söyləmək olar.