İdman

PSJ "Barselona" ilə oyunda ulduz futbolçusunun xidmətindən istifadə edə bilməyəcək

Metbuat.az

PSJ-nin müdafiəçisi Tiaqo Silva "Barselona" ilə oynanılacaq cavab görüşündə meydana çıxmayacaq.

Metbuat.az "France Football"a istinadən xəbər verir ki, komandalar arasındakı ilk oyunda ombasından zədə alan ulduz futbolçunun bərpa prosesi hələ də davam edir. Bu səbəbdən o, "Nitsa" ilə görüşdə meydana çıxmayıb.

"Barselona" - PSJ matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.