İdman

“Naxçıvan Open 2015” şahmat festivalında qadınlar arasında dünya çempionu Hou Yifan da iştirak edəcək

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Mayın 1-dən 11–dək Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalı keçiriləcək.


Turnirdə tanınmış şahmatçılar, o cümlədən qadınlar arasında dünya çempionu çinli Hou Yifan da iştirak edəcək.


Azərbaycan Şahmat Federasiyasından

AZƏRTAC

-a bildiriblər ki, festival çərçivəsində üç turnir (A - güclülərin, B - əmsalı 2250-dən az olanların və C – uşaqların yarışı) keçiriləcək.


Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.