Bakı, 2 aprel, AZƏRTAC
Mayın 1-dən 11–dək Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalı keçiriləcək.
Turnirdə tanınmış şahmatçılar, o cümlədən qadınlar arasında dünya çempionu çinli Hou Yifan da iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində üç turnir (A - güclülərin, B - əmsalı 2250-dən az olanların və C – uşaqların yarışı) keçiriləcək.
Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.