İdman
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Moskvada Vüqar Həşimovun xatirəsinə həsr edilmiş ikinci açıq şahmat turniri keçiriləcək
Moskva, 3 aprel,
AZƏRTAC
Aprelin 25-də Moskvadakı Millətlər Evində şahmat üzrə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr edilmiş Beynəlxalq açıq turnir keçiriləcək.
Ümumi mükafat fondu 30 min rubla bərabər olan bu turnirin təşkilatçısı “Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu”dur.
Turnirdə iştirak etmək üçün sifarişləri
az-kultura@mail.ruelektron poçt ünvanına göndərə bilərsiniz.
Əlavə məlumat almaq üçün telefon: +7 (965) 448-03-03.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva