Moskva, 3 aprel, AZƏRTAC 
Aprelin 25-də Moskvadakı Millətlər Evində şahmat üzrə Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr edilmiş Beynəlxalq açıq turnir keçiriləcək.
Ümumi mükafat fondu 30 min rubla bərabər olan bu turnirin təşkilatçısı “Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu”dur.
Turnirdə iştirak etmək üçün sifarişləri az-kultura@mail.ru elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlavə məlumat almaq üçün telefon: +7 (965) 448-03-03.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva