İdman

Millinin sabiq hücumçusu qəzada dünyasını dəyişdi

Metbuat.az

CAR milli komandasının sabiq üzvü Riçard Henyaken avtomobil qəzasında dünyasını dəyişib.



ANS PRESS-in məlumatına görə, afrikalı futbolçu avtomobilində yük maşını ilə toqquşub.



“Fri Steyt Starz” klubunun 31 yaşlı hücumçusu hadisə yerində keçinərək, maşında olan digər 4 nəfər xəsarət alıb.



Qəzada xəsarət alanlar xəstəxənaya çatdırılıb, hazırda onların vəziyyəti normaldır.



Faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS