İdman
"İnter" Fransa millisinin üzvünə elçi düşüb
"Monako"nun müdafiəçisi Leven Kyurzava karyerasını İtaliyada davam etdirə bilər.
Metbuat.az "Fcinternews"a istinadən xəbər verir ki, "İnter" 22 yaşlı futbolçu ilə yaxından maraqlanır. Fransa millisinin üzvünün "Monako" ilə müqaviləsi 2018-ci ildə bitir.
Cari mövsümdə 33 matçda meydana çıxan Kurzava hansısa məhsuldar göstərici ilə yadda qalmayıb.