İdman

I Avropa Oyunlarına ilk biletin sahibinə böyük sürpriz

Metbuat.az
Bakı 2015 I Avropa Oyunlarına ilk bileti əldə etmiş şəxs Rusiya vətəndaşıdır

BEGOC-un bilet satışı şöbəsinin rəhbəri

Miryam Bogataj Trend

-ə bildirib ki, I Avropa Oyunlarına ilk bileti Rusiyanın Moskva şəhərindən

Kseniya Muradova

adlı şəxs internet üzərindən onlayn qaydada əldə edib:



“O, həmçinin onlayn qaydada qeydiyyatdan keçən ilk şəxs olub. Onun üçün böyük sürpriz hazırlayırıq”.



Qeyd edək ki, biletlərin onlayn qaydada satışına martın 30-dan etibarən başlanılıb. Aprelin 3-dən isə Avropa Oyunlarına biletlərin rəsmi şəhər bilet satışı məntəqələrindən satışına sart verilib. Bununla bağlı Bakıda ümumilikdə 12 bilet satışı məntəqəsi yaradılacaq. Onlardan 8-si artıq fəaliyyət göstərir. Əsas bilet satışı məntəqəsi “Park Bulvar” ticarət mərkəzində olacaq. Biletləri Bakıdakı digər böyük mollarda yaradılmış bilet kassalarından da əldə etmək mümkündür. Əlavə olaraq biletlər 5 yerli şirkət vasitəsilə də satışa çıxarılacaq.



Milli.Az