BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Miryam Bogataj Trend-ə bildirib ki, I Avropa Oyunlarına ilk bileti Rusiyanın Moskva şəhərindən Kseniya Muradova adlı şəxs internet üzərindən onlayn qaydada əldə edib:Bakı 2015 I Avropa Oyunlarına ilk bileti əldə etmiş şəxs Rusiya vətəndaşıdır
“O, həmçinin onlayn qaydada qeydiyyatdan keçən ilk şəxs olub. Onun üçün böyük sürpriz hazırlayırıq”.
Qeyd edək ki, biletlərin onlayn qaydada satışına martın 30-dan etibarən başlanılıb. Aprelin 3-dən isə Avropa Oyunlarına biletlərin rəsmi şəhər bilet satışı məntəqələrindən satışına sart verilib. Bununla bağlı Bakıda ümumilikdə 12 bilet satışı məntəqəsi yaradılacaq. Onlardan 8-si artıq fəaliyyət göstərir. Əsas bilet satışı məntəqəsi “Park Bulvar” ticarət mərkəzində olacaq. Biletləri Bakıdakı digər böyük mollarda yaradılmış bilet kassalarından da əldə etmək mümkündür. Əlavə olaraq biletlər 5 yerli şirkət vasitəsilə də satışa çıxarılacaq.
Milli.Az