İdman

Bu qədər "heç-heçə"də Rauf "fərqləndi"

Metbuat.az

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirdə 4-cü turun görüşləri keçirilib.



Kəpəz TV (Region TV) xəbər verir ki, təmsilçilərimizdən

Şəhriyar Məmmədyarov

hollandiyalı

Aniş Giri

ilə sülh bağlayıb. Turnirdəki digər həmyerlimiz

Rauf Məmmədov

isə yarışın iki liderindən biri olan

Uesli So

ya məğlub olub. Dünya çempionu

Maqnus Karlsen

autsayder

Maykl Adams

la, sabiq dünya çempionları

Vladimir Kramnik Vişvanatan Anand

la,

Maksim Vaşye-Laqrav Fabiano Karuana

yla xalları yarı bölüb.



20 aprel

IV tur

Aniş Giri (Hollandiya, 2790) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - 0,5:0,5


Uesli So (ABŞ, 2788) - Rauf Məmmədov (Azərbaycan, 2658) 1-0


Maykl Adams (İngiltərə, 2746) - Maqnus Karlsen (Norveç, 2863) - 0,5:0,5


Vladimir Kramnik (Rusiya, 2783) - Vişvanatan Anand (Hindistan, 2791) - 0,5:0,5


Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Fabiano Karuana (İtaliya, 2802) - 0,5:0,5



“Shamkir Chess 2015” beynəlxalq turnirində bu gün növbəti turun oyunları baş tutacaq.



Azərbaycan şahmatçılardan Şəhriyar Məmmədyarov eks dünya çempionu Vladimir Kramniklə üz-üzə gələcək.



Rauf Məmmədov isə autsayder Maykl Adamsla qarşılaşacaq. Məmmədov qalib gələcəyi təqdirdə turnir cədvəlində mövqeyini yaxşılaşdıracaq.


 


Günün ən maraqlı mübarizəsində lider Uesli So Vişvanatan Anandla görüşəcək. Cədvəldə 2-ci olan dünya çempionu Maqnus Karlsen fransız Maksim Vaşye-Laqravın zəkasını yoxlayacaq. Fabiano Karuana isə Aniş Qiriylə münasibətlərinə aydınlıq gətirəcək.


 


21 aprel

V tur


Rauf Məmmədov (Azərbaycan, 2658) - Maykl Adams (İngiltərə, 2746)


Vişvanatan Anand (Hindistan, 2791) - Uesli So (ABŞ, 2788)


Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Vladimir Kramnik (Rusiya, 2783)


Fabiano Karuana (İtaliya, 2802) - Aniş Giri (Hollandiya, 2790)


Maqnus Karlsen (Norveç, 2863) - Maksim Vaşye-Laqrav (Fransa, 2716)


 


Turnir cədvəli: So - 3,5 xal; Karlsen – 3; Kramnik – 2,5; Vaşye-Laqrav, Anand - 2; Məmmədov, Qiri, Karuana, Məmmədyarov – 1,5; Adams - 1



Milli.Az