İdman

Beynəlxalq Boks Federasiyası Dohada keçiriləcək dünya çempionatının supervayzerinin adını açıqlayıb

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Beynəlxalq Boks Federasiyası (AİBA) 2015-ci il oktyabrın 5-dən 18-dək Qətərin paytaxtı Dohada keçiriləcək boks üzrə dünya çempionatının supervayzerinin adını açıqlayıb.


AZƏRTAC

xəbər verir ki, “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda AİBA İcraiyyə Komitəsinin üzvü, polşalı Adam Kusior supervayzer olacaq.


Supervayzerin italiyalı Franko Falçinelli olacağı gözlənilirdi.


Azərbaycan boksçuları Qazaxıstanda keçirilən son dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanmışdılar.