Bakı, 1 aprel, AZƏRTAC
Beynəlxalq Boks Federasiyası (AİBA) 2015-ci il oktyabrın 5-dən 18-dək Qətərin paytaxtı Dohada keçiriləcək boks üzrə dünya çempionatının supervayzerinin adını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda AİBA İcraiyyə Komitəsinin üzvü, polşalı Adam Kusior supervayzer olacaq.
Supervayzerin italiyalı Franko Falçinelli olacağı gözlənilirdi.
Azərbaycan boksçuları Qazaxıstanda keçirilən son dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanmışdılar.