İdman
"Barselona" aparıcı futbolçusuna yeni müqavilə təklif edib
"Barselona" müqavilə müddətinin uzadılması ilə bağlı Jordi Alba ilə danışıqlara başlayıb.
Metbuat.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya təklif olunan yeni saziş 2020-ci ilə kimi nəzərdə tutulub. İspaniya millisinin üzvü təklifi qəbul edəcəyi təqdirdə məvacibində də artım olacaq.
Alba 2012-ci ildə "Barselona"ya transfer olunub.