"Barselona" müqavilə müddətinin uzadılması ilə bağlı Jordi Alba ilə danışıqlara başlayıb.
Metbuat.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya təklif olunan yeni saziş 2020-ci ilə kimi nəzərdə tutulub. İspaniya millisinin üzvü təklifi qəbul edəcəyi təqdirdə məvacibində də artım olacaq.
Alba 2012-ci ildə "Barselona"ya transfer olunub.