İdman

"Bakı 2015"in məşəlinin alovlandırılacağı məkan müəyyənləşib

Metbuat.az

Bakı. 13 aprel. REPORT.AZ/ "

Bakı 2015

" I Avropa Oyunları Məşəlinin alovlandırılması və Ötürülmə Mərasiminin vaxtı və yeri müəyyənləşib. "Report"un məlumatına görə, tədbir aprelin 26-da Bakının Suraxanı qəsəbəsindəki "Atəşgah" Od Məbədində təşkil olunacaq. 


Saat 20:00-da başlanacaq mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də qatılacaq. 


Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.