Bakı. 13 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları Məşəlinin alovlandırılması və Ötürülmə Mərasiminin vaxtı və yeri müəyyənləşib. "Report"un məlumatına görə, tədbir aprelin 26-da Bakının Suraxanı qəsəbəsindəki "Atəşgah" Od Məbədində təşkil olunacaq. 
Saat 20:00-da başlanacaq mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də qatılacaq. 
Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.