İdman

Azərbaycan nümayəndəsi Vyana şəhər marafonunda iştirak edib

Metbuat.az

Vyana, 14 aprel, Elgün Niftəliyev,

AZƏRTAC

Vyanada ənənəvi 32-ci şəhər marafonu keçirilib. Marafonda dünyanın 100-dən artıq ölkəsindən 30 mindən çox peşəkar və həvəskar idmançı iştirak edib. 



Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyinin nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev də ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində marafona qatılıb.


Bu barədə

AZƏRTAC

-a Azərbaycanın Avstriyadakı səfirliyindən bildiriblər.


Hər il olduğu kimi, bu il də marafon iştirakçılarını dəstəkləyən insanlar xoş məram nümayiş etdirərək “Make-A-Wish” xeyriyyə cəmiyyətinin hesabına pul vəsaiti köçürüblər.



 Peşəkar idmançılar arasında Efiopiya təmsilçisi Sisey Lemma marafonda 42,195 kilometrlik məsafəni 2 saat 7 dəqiqə 31 saniyəyə qət edərək 32-ci Vyana şəhər marafonunun qalibi olub.


Qadınlar arasında isə birinci yerə isveçrəli atlet Maya Noyenşvandner çıxıb.


Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana