İdman
AZƏRTAC
Azərbaycan millisi Gürcüstana, Yunanıstan yığması isə Qazaxıstana qalib gəlib
Bakı, 13 aprel,
AZƏRTACBakıda 16 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunmuş UEFA-nın inkişaf turnirində ikinci turun oyunları keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan yığması Bayıl stadionunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub edib. Günün ilk oyunu “Dalğa Arena”da Yunanıstan və Qazaxıstan yığmaları arasında olub. Görüş 6:1 hesabı ilə yunanıstanlı futbolçuların xeyrinə başa çatıb.