Bakı, 13 aprel, AZƏRTAC
Bakıda 16 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunmuş UEFA-nın inkişaf turnirində ikinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan yığması Bayıl stadionunda Gürcüstan komandasını 2:1 hesabı ilə məğlub edib. Günün ilk oyunu “Dalğa Arena”da Yunanıstan və Qazaxıstan yığmaları arasında olub. Görüş 6:1 hesabı ilə yunanıstanlı futbolçuların xeyrinə başa çatıb.




