İdman
Avroliqa: Türk klubu "Real"a şans vermədi, "Barselona" "Olimpiakos"a uduzdu
Kişi basketbolçular arasında Avropanın ən nüfuzlu klub turniri hesab olunan Avroliqada mübarizə davam edir.
Metbuat.az-ın xəbərinə görə, ötən gecə növbəti 1/4 final görüşləri keçirilib. "Anadolu Efes" "Real"ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi son saniyədə müəyyənləşib. Türk klubu qələbə qazanıb. "Barselona" isə "Olimpiakos"la bacarmayıb.
"Anadolu Efes" - "Real" - 75:72
Seriyada hesab - 1:2
"Olimpiakos" - "Barselona" - 73:71
Seriyada hesab - 2:1