Kişi basketbolçular arasında Avropanın ən nüfuzlu klub turniri hesab olunan Avroliqada mübarizə davam edir.

Metbuat.az-ın xəbərinə görə, ötən gecə növbəti 1/4 final görüşləri keçirilib. "Anadolu Efes" "Real"ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi son saniyədə müəyyənləşib. Türk klubu qələbə qazanıb. "Barselona" isə "Olimpiakos"la bacarmayıb.

"Anadolu Efes" - "Real" - 75:72

Seriyada hesab - 1:2

"Olimpiakos" - "Barselona" - 73:71

Seriyada hesab - 2:1