İdman

Avroliqa: "Barselona" "Olimpiakos"a şans vermədi, "Real" türk klubunu məğlub etdi

Metbuat.az

Kişi basketbolçular arasında keçirilən və Avropanın ən nüfuzlu klub turniri olan Avroliqada pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Metbuat.az-ın xəbərinə görə, ötən gecə iki görüş keçirilib. "Barselona" "Olimpiakos"u qəbul edib. Katalon klubu rəqibini asanlıqla məğlub edib. "Real" isə Türkiyə təmsilçisi - "Anadolu Efes"ə qalib gəlib.

"Barselona" - "Olimpiakos" - 73:57

"Real" - "Anadolu Efes" - 80:71