Kişi basketbolçular arasında keçirilən və Avropanın ən nüfuzlu klub turniri olan Avroliqada pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Metbuat.az-ın xəbərinə görə, ötən gecə iki görüş keçirilib. "Barselona" "Olimpiakos"u qəbul edib. Katalon klubu rəqibini asanlıqla məğlub edib. "Real" isə Türkiyə təmsilçisi - "Anadolu Efes"ə qalib gəlib.
"Barselona" - "Olimpiakos" - 73:57
"Real" - "Anadolu Efes" - 80:71