İdman

AFFA bombardirləri mükafatlandırdı (FOTO)

Metbuat.az

Premyer Liqanın XXIX turunda bu gün keçirilmiş "Xəzər Lənkəran” – "Neftçi” oyununun fasiləsində 2 yeniyetmə futbolçu AFFA tərəfindən mükafatlandırılıb.



ANS PRESS-in məlumatına görə, assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqa və U-13 Liqasının 2013/14 mövsümünün bombardirləri – müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb.



Nərimanoğlu hər 2 futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib. Hədiyyələr isə planşet olub.



Qeyd edək ki, Musa Musazadə ötən mövsüm U-12 Liqada 41, Tural Bayramov isə U-13 Liqasında 52 qol vurub. Hər 2 futbolçu bu uğura "Xəzər Lənkəran" komandasının heyətində nail olub.










Mənbə
ANS PRESS