ANS PRESS-in məlumatına görə, assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqa və U-13 Liqasının 2013/14 mövsümünün bombardirləri – müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb.
Nərimanoğlu hər 2 futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib. Hədiyyələr isə planşet olub.
Qeyd edək ki, Musa Musazadə ötən mövsüm U-12 Liqada 41, Tural Bayramov isə U-13 Liqasında 52 qol vurub. Hər 2 futbolçu bu uğura "Xəzər Lənkəran" komandasının heyətində nail olub.




Mənbə
ANS PRESS