İdman

8 dəqiqəyə het-triki kim edər?

Metbuat.az

Bu gün İspaniya Primerasında 29-cu turun oyunları keçirilir.

Milli.Az

Sports-a istinadən bildirir ki, Madrid "Real"ı "Santyaqu Bernabeu"da "Qranada"nı sınağa çəkir. Əslində, darmaddğın edir desək, daha düzdür. İkinci hissə yeni başlasa da oyunda artıq 7 cavabsız qol vurulub. 



Bundan başqa "Real"ın portiqaliyalı ulduzu

Kriştianu Ronaldu

karyerasında ən sürətli het-trikini edib - 8 dəqiqəyə.



Bununla da ürəyi soyumayıb, pokerə imza atıb.


"Real"da bundan da tez het-triki

Hyerro

1992-ci ildə vurmuşdu, amm həmin toplardan biri penaltidən vurulmuşdu.



Bu gün isə Ronaldunun günüdür. Portuqaliyalı 212 qolla Primeranın tarixi ərzindəki snayperlər sırasında 8-ci yerə yüksəlib.



Onun sevinmək üçün daha bir səbəbi də var: het-triklərin sayına görə "Real"ın rekordu təkrarlanıb.  Artıq Ronaldu di

Stefano

kimi 28 het-trikin sahibidir.



"Real-Madrid" - "Qranada" - 7:0 (ikinci hissə)

Qollar: 25` Beyl, 30` Ronaldu (Xames), 36` Ronaldu, 38` Ronaldu (Beyl), 52` Benzema (Xames), 54` Ronaldu (Beyl), 56` Benzema (Arbeloa)



Milli.Az