İdman

UEFA Akinfeyevə pul verəcək

Metbuat.az
Qapıçı aldığı zədəyə görə kompensasiya alacaq

Rusiya yığması və Moskvanın MOİK klubunun qapıçısı

İqor Akinfeev

aldığı zədəyə görə Avropa Futbol Assosiasiyası (UEFA) tərəfindən sığorta təzminatı alacaq.



Anspress

-in məlumatına görə, bu barədə klubun prezidenti

Yevgeni Qiner

bildirib.



Onun sözlərinə görə, hazırda qapıçını komandanın həkimləri tibbi müayinədən keçirir. O, "MOİK qapıçının zədəsi üçün UEFA-dan təzminat tələb etməyə hazırlaşırmı" sualına cavabında deyib ki, UEFA beynəlxalq yarışlarda çıxış edən bütün oyunçuları məcburi sığorta edir.



İ.Akinfeev zədəni 2016-cı il Avropa çempionatının seçmə oyununda Rusiya-Çernoqoriya qarşılaşmasında alıb.



Belə ki, Podqorisedə ötən gün baş tutan görüşün ilk dəqiqəsində tribunalardan yerli azarkeşlərdən birinin atdığı alışdırıcı maddə onun başına dəyib. Qapıçı xəstəxanaya yerləşdirilib, ona beyin silkələnməsi və yanıq diaqnozu qoyulub. Bu gün səhər İ.Akinfeev Moskvaya komanda ilə birlikdə qayıdıb.



Bu hadisədən sonra görüş dayandırılıb və bir neçə dəqiqə sonra yenidən başlayıb. Görüşün 67-ci dəqiqəsində tribunalardan atılan növbəti yad maddə Rusiya yığmasının başqa oyunçusu Dmitri Kombarova atılıb. Baş hakim Deniz Aytəkin oyunu dayandırıb.



Milli.Az