Rusiya yığması və Moskvanın MOİK klubunun qapıçısı İqor Akinfeev aldığı zədəyə görə Avropa Futbol Assosiasiyası (UEFA) tərəfindən sığorta təzminatı alacaq.Qapıçı aldığı zədəyə görə kompensasiya alacaq
Anspress-in məlumatına görə, bu barədə klubun prezidenti Yevgeni Qiner bildirib.
Onun sözlərinə görə, hazırda qapıçını komandanın həkimləri tibbi müayinədən keçirir. O, "MOİK qapıçının zədəsi üçün UEFA-dan təzminat tələb etməyə hazırlaşırmı" sualına cavabında deyib ki, UEFA beynəlxalq yarışlarda çıxış edən bütün oyunçuları məcburi sığorta edir.
İ.Akinfeev zədəni 2016-cı il Avropa çempionatının seçmə oyununda Rusiya-Çernoqoriya qarşılaşmasında alıb.
Belə ki, Podqorisedə ötən gün baş tutan görüşün ilk dəqiqəsində tribunalardan yerli azarkeşlərdən birinin atdığı alışdırıcı maddə onun başına dəyib. Qapıçı xəstəxanaya yerləşdirilib, ona beyin silkələnməsi və yanıq diaqnozu qoyulub. Bu gün səhər İ.Akinfeev Moskvaya komanda ilə birlikdə qayıdıb.
Bu hadisədən sonra görüş dayandırılıb və bir neçə dəqiqə sonra yenidən başlayıb. Görüşün 67-ci dəqiqəsində tribunalardan atılan növbəti yad maddə Rusiya yığmasının başqa oyunçusu Dmitri Kombarova atılıb. Baş hakim Deniz Aytəkin oyunu dayandırıb.
Milli.Az