İdman

Superliqada daha bir məşqçi istefası

Metbuat.az

Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb.



Qol.az

-ın məlumatına görə, “Erciyəsspor”un çalışdırıcısı

Mehmet Özdilək

komandasının uğursuz çıxışları səbəbindən istefa verib.



Superliqanın 17-ci turu ərəfəsində “Ərciyəsspor”da fəaliyyərə başlayan Özdilək Kayseri təmsilçisini 9 oyuna çıxarıb. Bu matçlardan yeddisində uduzan komanda iki  qələbə qazanıb.



Qeyd edək ki, “Erciyəsspor” 20 xalla 16-cı sırada qərarlaşıb.



Milli.Az