İdman

“Sumqayıt” - “Qəbələ” oyununda heç-heçə qeydə alınıb

Metbuat.az

Sumqayıt, 6 mart,

AZƏRTAC

 


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının( AFFA)


təşkil etdiyi U-16 Liqasında növbəti turun oyunları keçirilib. “Sumqayıt” futbol klubu “Kapital Bank Arena”da “Qəbələ”ni qəbul edib.


“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, klubun 16 yaşadək futbolçulardan ibarət komandası “Qəbələ” ilə heç-heçə edib (1:1).


Qeyd edək ki, “Sumqayıt”ın U-19 komandası isə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.