İdman

Ruslan Qurbanov "Hayduk"da debüt etdi, komandası yarımfinalda

Metbuat.az
Xorvatiya Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib
Apasport.az

saytının məlumatına görə, azərbaycanlı futbolçu, müqavilə ilə “Neftçi”yə məxsus olan

Ruslan Qurbanov

un icarə əsasında çıxış etdiyi "Hayduk" evdə “Vinoqradar"la qarşılaşıb.


 


İlk matçda səfərdə rəqibini 0:3 hesabı ilə məğlub edən Split təmsilçisi doğma azarkeşləri önündə yenə eyni nəticə ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.


 


Oyunda debüt edən Ruslan Qurbanov 46-cı dəqiqədə meydana daxil olub.


 


Qeyd edək ki, "Hayduk" iki oyunun nəticəsinə görə Xorvatiya Kubokunun yarımfinalına vəsiqə qazanıb.



Milli.Az