İdman

Portuqaliya millimizi "təbrik" elədi

Metbuat.az

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunda II qrupun növbəti oyunları keçirilib.



Qol.az

-ın  məlumatına görə, Azərbaycan millisi də bu gün qrupda ikinci matçına çıxıb.


 


Mirbağır İsayev

in komandası Portuqaliya yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.



Qeyd edək ki, qrupun ilk oyununda Xorvatiya ilə üz-üzə gələn yığmamız 0:4 hesabı ilə uduzub. Portuqaliya isə ilk görüşdə  Serbiya ilə qolsuz heç-heçə edib.


 


19 mart

Avropa çempionatının elit-raundu
II qrup

16:30.  Azərbaycan - Portuqaliya - 0:3

Qollar: Joze Qomeş, 13 (0:1), 18 (0:2), Kassama, 36 (0:3)


Bakı. “Bakcell Arena”



Serbiya - Xorvatiya  - 0:3

1.    Xorvatiya        2    2    0    0    7:0    6


2.    Portuqaliya     2    1    1    0    3:0    4


3.    Serbiya           2    0    1    1    0:3    1


4.    Azərbaycan    2    0    0    2    0:7    0



Milli.Az