Qol.az-ın məlumatına görə, Azərbaycan millisi də bu gün qrupda ikinci matçına çıxıb.
Mirbağır İsayevin komandası Portuqaliya yığması ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, qrupun ilk oyununda Xorvatiya ilə üz-üzə gələn yığmamız 0:4 hesabı ilə uduzub. Portuqaliya isə ilk görüşdə Serbiya ilə qolsuz heç-heçə edib.
19 mart
Avropa çempionatının elit-raundu
II qrup
16:30. Azərbaycan - Portuqaliya - 0:3
Qollar: Joze Qomeş, 13 (0:1), 18 (0:2), Kassama, 36 (0:3)
Bakı. “Bakcell Arena”
Serbiya - Xorvatiya - 0:3
1. Xorvatiya 2 2 0 0 7:0 6
2. Portuqaliya 2 1 1 0 3:0 4
3. Serbiya 2 0 1 1 0:3 1
4. Azərbaycan 2 0 0 2 0:7 0
Milli.Az