İdman
Mənbə
ANS PRESS
Maskerano barmağı ilə "Barsa"nı xilas etdi (VİDEO, FOTO)
Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Barselona" - "Mançester Siti" (1:0) matçında maraqlı hadisə yaşanıb.
ANS PRESS-in məlumatına görə, oyunun 78-ci dəqiqəsində qonaqların heyətində Aquero penalti zərbəsini vurarkən "Barselona"nın futbolçusu Maskerano Andre ter Ştegene topun hara vurulacağını işarə verib və həmin istiqamətdə də tullanan qapıçı penalti zərbəsini qurtarıb.
Belə ki, yarımmüdafiəçinin topu hansı tərəfə vuracağını öncədən bilən Maskerano zərbə yerinə yetirilən zaman barmağı ilə Ter Ştegenə özündən sağ tərəfə tullanmağı işarə edib.
ANS PRESS