İdman

Görün "Qarabağ"ın rəqibi nə vəziyyətə düşdü...

Metbuat.az

Avropa Liqasının pley-off mərhələsində iki dəfə (2009, 2014) “Qarabağ”ın rəqibi olmuş “Tvente” bu mövsüm ciddi maliyyə problemi yaşayır.



Milli.Az

qol.az

-a istinadən xəbər verir ki, bu haqda klubun açıqlamasında bildirilib ki, bu səbəbdən “Tvente” mövsümün sonunda müqaviləsi bitən yeddi futbolçu ilə yolları ayıracaq.



Komandadan gedəcək futbolçular qapıçı

Filip Bednarrek

, müdafiəçilər

Diko Koppers, Tim Breykers, Rasmus Benqtsson

, yarımmüdafiəçilər

Orlando Engelar, Re Miyaiti

və hücumçu

Andrey Rendla

dır.



Bir vaxtlar Hollandiya futbolunun nəhənglərindən olan “Tvente” maddi problem səbəbindən əsas komandanın aparıcı futbolçuları ilə müqaviləni uzatmamaq qərarı verib.



Bundan başqa, gənclərdən, qadınlardan ibarət komandanın bəzi üzvlərinin və bir neçə məşqçinin də göndəriləcəyi gözlənilir.



Əlavə edək ki, bu mövsüm maddi öhdəliyi yerinə yetirə bilmədiyi üçün “Tvente”nin üç xalı da silinib.



Hazırda Enshede təmsilçisi Hollandiya çempionatnda səkkizinci yeri tutur.



Milli.Az